Xəbər lenti

Trampa zəhərli məktub göndərən qadın 22 il müddətinə azadlıqdan məhrum edildi
Dünya 11:48 18.08.2023

Trampa zəhərli məktub göndərən qadın 22 il müddətinə azadlıqdan məhrum edildi

ABŞ-da kanadalı qadın ABŞ-ın keçmiş prezidenti Donald Trampa zəhərli məktub göndərdiyinə görə 262 ay həbs cəzasına məhkum edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb

Fransa əsilli 56 yaşlı Paskal Feryer 2020-ci ilin sentyabrında Kanadanın Kvebek şəhərindəki evində çox zəhərli gənəgərçək yağı hazırladığını etiraf edib. Zəhərli məktubda o, Trampdan qarşıdan gələn seçkilərdə iştirakdan imtina etməyi tələb edib, onu hədələyib və onu "çirkin təlxək tiran” adlandırıb.

Məktub Ağ Evə çatmazdan əvvəl çeşidləmə müəssisəsində ələ keçirilib. Feryer Texas hüquq-mühafizə orqanlarına da səkkiz oxşar məktub göndərib.

Qadın bioloji silahdan istifadə etməklə bağlı 9 ittiham üzrə cinayəti etiraf edib. Hər bir ittiham üzrə onu ömürlük həbs gözləyirdi.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->