İdman 11:32 03.05.2023

Türkiyə klubunun üzvü infarkt keçirdi

Türkiyə təmsilçisi "Anadolu Efes"in basketbolçusu Kris Sinqlton infarkt keçirib

Qaynarinfo xəbər verir ki, xəstəxanaya aparılan 33 yaşlı basketbolçunun nəzarətdə saxlandığı və vəziyyətinin yaxşı olduğu öyrənilib.

Klub sosial media hesabında Sinqltonun səhhəti ilə bağlı açıqlama yayıb. Açıqlamada döş qəfəsindəki ağrılardan sonra müayinədən keçən amerikalı legionerin koronar angioqrafiyasının təmiz çıxdığı və müalicələrin davam etdiyi bildirilib. 

Səbuhi Həsənov