Siyasət 10:32 05.09.2022

Türkiyə Prezidenti yanında Şura üzvündən Ermənistana xəbərdarlıq

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar Ermənistana xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, Aygün Attar bu barədə "Twitter"də yazıb.

"Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə fərqli, İrəvanda fərqli davranış sərgilədiyi müddət ərzində Ermənistanın hər mənada normallaşması mümkün deyil. Ermənistanın iqtisadi, siyasi və sosioloji baxımdan çökməsi qaçılmazdır”, deyə o, qeyd edib.