İranda baş verən daşqından nəticəsində yaranan fəlakətdən sonra Türkiyə bölgəyə humanitar yardım göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Agentlik bölgəyə humanitar yardım materialları, texniki alətlər və avadanlıqlar göndərib.
"İranda baş verən sel fəlakətindən sonra cənab Prezidentimizin göstərişi ilə bölgəyə çadır və yorğan kimi humanitar yardım materialları, o cümlədən texniki alət və avadanlıqlar göndərildi”,-deyə qeyd olunub.
Şərhlər