Dünya 21:59 28.05.2022

Türkiyə silahlı qüvvələri İraqda PKK-ya ağır zərbə

Türkiyə silahlı qüvvələri İraqın şimalında keçirdiyi əməliyyat zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) 18 üzvünü məhv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalında pilotsuz uçuş aparatlarından istifadə edilərək "Pəncə-Qala” xüsusi əməliyyatı zamanı PKK-çılar zərərsizləşdirilib.

Aprelin 18-nə keçən gecə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-ya qarşı Hərbi Hava Qüvvələri və xüsusi təyinatlıların da iştirak etdiyi yeni hərbi əməliyyata başlayıb. Qırıcı təyyarələr Metina, Zap və Avaşin bölgələrinə hava zərbələri endirib.
 
Alpər