Dünya 22:35 27.07.2022

Türkiyə Silahlı Qüvvələri Suriyada 25 terrorçunu məhv etdi (VİDEO)

Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular Suriyanın şimalındakı "Fərat Qalxanı” və "Barış Pinarı” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.

Həmçinin, PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib.

Nazirlikdən terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəkləri vurğulanıb.