Dünya 18:00 06.07.2022

Türkiyə Suriyanın şimalında 20 PKK terrorçusunu məhv etdi

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında 20 PKK/YPG terrorçusunu məhv edib.

Qaynarinfo bu barədə Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyi çərşənbə günü bir bəyanat yayaraq, Suriyanın şimalındakı Zeytun Budağı və Fərat Qalxanı əməliyyat bölgələrində daha 20 PKK/YPG terrorçusunun məhv edildiyini açıqlayıb.

Bu açıqlamada Türkiyə silahlı qüvvələrinin antiterror əməliyyatının qətiyyətlə və fasiləsiz davam edəcəyi vurğulanır.

M.Arif