Video 20:40 20.05.2023

Türkiyədə içində hərbçilərin olduğu maşın körpüdən aşdı (VİDEO)

Türkiyədə Hakkari-Van vilayətinin 30-cu kilometrliyində hərbi zirehli maşın körpüdən aşaraq su kanalına düşüb.

Hadisə vaxtı zirehli maşında 12 hərbçi olub.

Hərbçilərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Onlar ətrafdakı insanların köməyi ilə xəstəxanalara çatdırılıblar.