Xəbər lenti

Türkiyədə “Visa” və “Mastercard”a qarşı araşdırmalara başlanıldı
Dünya 14:04 19.07.2025

Türkiyədə “Visa” və “Mastercard”a qarşı araşdırmalara başlanıldı

Türkiyənin Rəqabət Qurumunun (RK) açıqlamasına görə, "Visa” və "Mastercard” beynəlxalq ödəniş əməliyyatlarına əngəl yaratmaqda şübhəli bilindikləri üçün onlara qarşı rəsmi istintaq başladılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Sabah” məlumat yayıb.

Qurumun bəyanatına əsasən, yerli ödəniş xidməti təminatçıları xarici təsərrüfat subyektləri ilə ikitərəfli müqavilələr əsasında xaricdəki ticarətçilərə ödəniş etmək istəyən istehlakçılara xidmət göstərə bilərlər.

"Bu ikitərəfli razılaşmalar sayəsində transsərhəd ödənişlər lokallaşdırıla və "Visa” ilə "Mastercard”ın beynəlxalq əməliyyatlara görə tətbiq etdiyi komissiyalar ödənilmədən həyata keçirilə bilər”, – deyə qurum bildirib.

Aparılmış ilkin yoxlamalar göstərib ki, "Visa” və "Mastercard” bu cür ikitərəfli razılaşmalar imzalamış yerli ödəniş sistemlərinin fəaliyyətinə mane olmağa çalışa bilər. Onlar bu fəaliyyətin öz daxili qaydalarına zidd olduğunu əsas gətirərək, banklara qarşı sanksiyalar da daxil olmaqla müxtəlif üsullardan istifadə edə bilərlər.

İstintaq çərçivəsində aşağıdakı məsələlər araşdırılacaq:

• Bu şirkətlərin xarici ticarətçilərin kart və POS-terminal infrastrukturundan istifadə etməsinə mane olub-olmadıqları,

• Alternativ ödəniş sistemlərini bazardan sıxışdırmaq üçün tədbirlər görüb-görmədikləri.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rəqabət Qurumunun "Spotify”yə qarşı da ədalətsiz rəqabət şübhəsi ilə araşdırma başladığı açıqlanmışdı.

Bundan başqa, yaxın günlərdə məlum olmuşdu ki, Türkiyədə süni intellekt əsaslı çat-bot olan "Grok”un fəaliyyətinə də blok qoyulub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->