İdman 16:55 10.03.2023

Turun açılış oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Qaynarinfo xəbər verir ki, açılış matçında "Kəpəz" "Zirə"ni qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bölgə təmsilçisinin qolunu 38-ci dəqiqədə Fərid Nəbiyev vurub. Qonaqlarda isə Hamidu Keyta 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Kəpəz" 7-ci pillədəki "Sumqayıt"a çatıb. 37 xala malik "Zirə" 4-cü sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Sabah" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunlarında martın 11-də "Turan Tovuz” "Qəbələ”ni, "Qarabağ” "Səbail”i qəbul edəcək, ertəsi gün isə "Neftçi” "Şamaxı”nın qonağı olacaq.