Ekonomiks 13:40 28.02.2023

“Tuva Tibb Mərkəzi” lisenziyada göstərilməyən tibb fəaliyyəti göstərib

Masallı rayonunda fəaliyyət göstərən "Tuva Tibb Mərkəzi” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Qaynarinfo-nun məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

"Tuva” MMC barəsində tərtib olunmuş cərimə protokolu Masallı Rayon Məhkəməsinə göndərilib. İş hakim Ceyhun Quliyevin icraatına verilib. 
Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, Mərkəzin direktoru, qanuni təsisçisi Mirmehdi Mircavadzadədir.

Əhməd