UEFA PSJ-nin üç futbolçusunun Qətər klublarına transferi ilə bağlı araşdırmalara başlayıb.
Qaynarinfo-nun məlumatına görə, Qətərlə PSJ-nin yaxınlığına görə UEFA Marko Verratti, Yulian Draksler və Abdou Diallonun transferlərini araşdırmağa qərar verib. "L'Equipe" yer alan xəbərdə, qurumun 3 futbolçunun transferindən əldə olunan gəlirlərə əsasən PSJ-ni sanksiyaya məruz qoyacağı və ya Fransa təmsilçisinin qazancının hesablarda sayılmamasını təmin edəcəyi bildirilib.
Bu köçürmələrin maliyyə nəzarəti komitəsi tərəfindən yoxlanılacaq. Klubun cinayət məsuliyyətinə cəlb olunması üçün alıcı ilə satıcının çox yaxın olduğu sübuta yetirilməlidir. PSJ-nin Qətərlə əvvəlki sponsorluq müqavilələrinin araşdırıldığı xatırladılıb.
Parislilər bu transferlərdən seyfinə cəmi 85 milyon avro qoyub. Klub Verrattinin (50) və Diallonun "Al-Arabi"yə (15) transferindən ümumilikdə 65, Drakslerin "Al-Ahli"yə keçidindən isə 20 milyon avro qazanıb.
Səbuhi Həsənov
Şərhlər