Dünya 12:20 25.06.2022

Ümumerməni Fondunda parçalanma: Köçəryan şuradan imtina etdi

Bu gün "Hayastan” Ümumerməni Fondunun Himayəçilər Şurasının iclası çağrılıb.

Qaynarinfo xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan "Hayastan” Ümumerməni Fondunun son vaxtlar maliyyə şəffaflığını, etibarını və hesabatlılığını itirdiyini hesab edərək fondun Himayəçilər Şurasına daxil olmaqdan imtina edib.

Xatırladaq ki, 44 günlük müharibə zamanı ümumerməni pul yığımından əldə edilən vəsaitin 107 milyon dollarının Ermənistan dövlət büdcəsinə köçürüldüyü barədə məlumat verilmişdi. Lakin sonradan məlum olfu ki, həmin pul  ünvana çatmayıb. 107 milyon dollar yolda "yoxa çıxıb.

Hələ o zaman fondun idarə heyətinin üzvü olan Robert Köçəryan pulun necə olması ilə bağll hakimiyətdən izahat tələb etmişdi.

Fondla bağlı son dövrlər erməni diasporası arasında da fikir ayrılıqları yaranıb. Bunun nəticəsidir ki, keçən il və bu il erməni diasporasının onlayn yardım marafonunda ötən illərə nisbətən olduqca az məbləğ toplanıb. 

Telman