Sağlamlıq 09:46 27.07.2022

ÜST bir neçə aya COVID pandemiyasının bitdiyini elan edə bilər - Altşteyn

ÜST bir neçə ay ərzində COVID pandemiyasının başa çatdığını elan edə bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin baş elmi işçisi Anatoli Altşteyn RİA Novosti-yə bildirib.

"Pandemiya davam edir və kifayət qədər uzun müddət davam edəcək, baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın sona çatdığını elan edə biləcəyini istisna etmirəm, amma tezliklə deyil, düşünürəm ki, bir neçə ay çəkəcək", - Altşteyn deyib.

Bir müddət əvvəl tibb elmləri doktoru, immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov RİA Novosti-yə bildirib ki, bu gün dünyada COVID-19-un yeni dalğasından danışmaq olar, lakin bu, təhlükəli deyil, bu epidemiyanın "quyruğu”dur.
 
Alpər