Dünya 11:20 27.05.2022

ÜST-də nadir səsvermə: Rusiyanın Assambleyadan çıxarılması təklifi səsləndi

Cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının Assambleyası Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamə qəbul edib.

Qaynarinfo bu barəda "Reuters" agentliqinə istinadən xəbər verir.

Qətnamə 88 müvafiq, 12 müxalif və 53 bitərəf səslə qəbul olunub.

Beləliklə, Ukraynanın xəstəxanalarına və tibb mərkəzlərinə hücumların davam edəcəyi təqdirdə Rusiyanın Assambleyada üzvlüyünün dayandırılma ehtimalı çoxalıb. 
Paralel təklif Rusiya və Suriya tərəfindən edilib ki, xeyli səslə rədd olunub. Forumda çıxış edən rusiyalı diplomat Vasili Ninziya Ukraynanı Rusiyaya qarşı qara piar aparmaqda ittiham edib.

Qeyd edilir ki, bu yaxınlarda Dünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan məruzədə elan edilib ki, "müharibə zamanı tibbi mərkəz və heyətələrə, 256 hücum qeydə alınıb ki, nəticədə 75 nəfər ölüb, 59 nəfərsə yaralanıb".

M.Arif