Dünya 08:47 09.06.2022

ÜST: Meymunçiçəyinin bu ölkələrə keçmə riski realdır

Meymunçiçəyinin qeyri-endemik ölkələrə keçmə riskinin realdır.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus vurğulayıb ki, ÜST virusun həssas əhali qrupları, o cümlədən uşaqlar və hamilə qadınlar arasında yayılma risklərindən xüsusən narahatdır.

"Bəzi ölkələr indi açıq şəkildə cəmiyyətə yoluxma halları, o cümlədən bəziləri yoluxma hallarının qadınlarda aşkarlandığını bildirməyə başlayır", - ÜST rəhbəri əlavə edib.

Təşkilat rəhbərinin sözlərinə görə, meymunçiçəyinə 29 ölkədə 1 000-dən çox yoluxma qeydə alınıb.

"Hazırda ÜST-də bu xəstəlik üçün 29 ölkədən endemik olmayan 1 000-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. İndiyədək bu ölkələrdə bir dəfə də olsa, ölüm halı qeydə alınmayıb", - baş direktor bildirib.