Dünya 21:45 04.06.2022

ÜST-ün Baş direktoru təhlükəli COVID-19 ştammı barədə xəbərdarlıq etdi

"Hazırda SARS-CoV-2 virusunun yeni, daha virulent ştammının yaranması üçün real təhlükə var və o, mövcud vaksinlərin təsirindən yayına biləcək”.
 
Qaynarinfo xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus deyib.
 
Onun sözlərinə görə, mövcud peyvəndlər təsirsiz olacaq və daha təhlükəli COVID-19 ştammı gözlənilir:

"ÜST-ün bəzi regionlardakı tendensiyalarından narahatam. Afrika və Qərbi Sakit Okean regionunda ölüm hallarının sayı artmaqdadır. Pandemiyanın bitdiyini söyləmək hələ tezdir. O bitməyib. Virusun necə təkamül edəcəyini proqnozlaşdırmaq çox çətindir".
 
Xəyal