Xəbər lenti

Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
Dünya 18:57 30.04.2024

Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT

Rusiya Ukraynanın ABŞ-dan ilk hərbi yardımın gəlməsini gözlədiyi vaxtdan istifadə edərək Ukraynanın şərqindəki üstünlüyünü artırmağa və cəbhə xəttini yarmağa çalışır.

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times qəzeti yazır.

Qeyd olunur ki, son həftələrdə rus qoşunları şərq cəbhəsində bir sıra kəndləri ələ keçiriblər və ya onlara daxil olublar ki, bu da Ukrayna qoşunları üçün regionda vəziyyətin pisləşməsindən xəbər verir, bunu xüsusilə Ali Baş Komandan elan edib. Ukrayna Silahlı Qüvvələrinin rəisi Aleksandr Sırski aprelin 29-da ukraynalı döyüşçülərin Avdeyevka yaxınlığındakı üç kənddən  - Berdiçev, Semenovka və Novomikaylovkadan geri çəkildiyini qeyd edib.

Hərbi ekspertlər deyirlər ki, Rusiyanın son uğurları onun müdafiə qüvvələrinin ağır vəziyyətini yüngülləşdirmək üçün Ukraynaya ilk hərbi yardım gələnə qədər hücumları davam etdirmək məqsədiylə "fürsət pəncərəsindən” istifadə etmək istəyini əks etdirir .

NYT həmçinin Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin qeyri-hökumət tədqiqat qrupunun rəhbəri Sergey Kuzanın Ukrayna komandanlığının "pis vəziyyətlə daha da pisi arasında seçim etməli” olduğunu və ərazilərini itirmək qərarına gəldiyini söyləyib. 

Vəziyyət həm də onunla çətinləşir ki, rus qoşunları müdafiə xəttinin şimal hissəsini yarıb Pokrovska gedən yolda yerləşən Oçeretino kəndinə sürətlə irəliləyə bilib. Eyni zamanda, qəzetin yazdığı kimi, rus qoşunlarının ona tam nəzarəti əldə edib-etmədiyi hələlik məlum deyil.

Müharibənin Tədqiqi İnstitutu (ISW) həmçinin Rusiyanın Oçeretinodakı uğurlarının rus komandanlığına seçim qarşısında qoyduğunu yazıb: qərbə Pokrovska irəliləməyə davam etmək və ya şimala Çasov Yara doğru irəliləmək.

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Çasov Yardakı hücumda 25 minə qədər rus əsgəri iştirak edir və şəhərin özü strateji əhəmiyyətli təpədə yerləşir.

Qeyd edilir ki, onun ələ keçirilməsi şərq cəbhəsinin əksər hissəsi boyunca Ukrayna qoşunlarının əsas təchizat məntəqəsi olan Konstantinovkanın Rusiya Federasiyası tərəfindən birbaşa atəşə tutulmasına səbəb olacaq.

Oçeretinodan şimala doğru irəliləmək həm də rus qüvvələrinə cənubdan Konstantinovkaya hücum edərək onu mühasirəyə almağa imkan verə bilər.

Bundan əlavə, rusların indi Çasov Yar yaxınlığında əməliyyat baxımından əhəmiyyətli uğurlar əldə etmək imkanı var və yayda gözlənilən genişmiqyaslı hücumu dəstəkləmək üçün ehtiyatlar hazırlayır.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də Nümayəndələr Palatasının bir neçə ay ərzində nəzərdən keçirə bilmədiyi Ukraynaya 61 milyard dollar dəstək nəzərdə tutan qanun layihəsini imzalayıb.

İmzalanmadan dərhal sonra Bayden ABŞ-ın növbəti yardım paketindən sonar bir neçə saat ərzində Ukraynaya silah çatdırmağa başlayacağını söyləyib.

Pentaqon bildirib ki, 1 milyard dollarlıq yardım paketinə hava hücumundan müdafiə raketləri, HIMARS sursatları, 155 mm-lik artilleriya mərmiləri, Bradley piyada döyüş maşınları, Humvees, dəqiq təyyarə sursatları və s. daxildir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->