Dünya 12:43 03.05.2023

Ukrayna əks-hücumla bağlı məlumatları ABŞ və tərəfdaşlarından gizlədir - "Politico"

Ukrayna gələcək əks hücumun təfərrüatlarını ABŞ və tərəfdaşlarından gizlədir. Bunun səbəblərindən biri aprel ayında Pentaqonun məlumatlarının sızmasıdır. 

Qaynarinfo bu barədə "Politico”ya istinadən xəbər verir.

Nəşr Ukraynanın ali hərbi rəhbərliyi ilə əlaqə saxlayan avropalı rəsmilərə istinad edir. Onların sözlərinə görə, Ukrayna qoşunların mümkün əks-hücum əməliyyatı barədə məlumat verməkdən çəkinir. Xüsusilə, vaxt və nə qədər qüvvə və hara yerləşdiriləcəyi və hara paylanılcağı barədə məlumat verilmir.

Ukrayna çox güman ki, bir il ərzində ona hərbi yardım göstərən, lakin hərbi əməliyyatların planlaşdırılması ilə bağlı təfərrüatların geniş yayılmasının qarşısını almağa çalışan Qərb müttəfiqləri ilə bəzi "əsas kəşfiyyat məlumatlarını” bölüşməyə davam edəcək”, deyə nəşr qeyd edir.

Ukrayna parlamentarilərindən biri "Politico”ya şərhində bildirib ki, əks-hücum barədə məlumat Ukrayna rəsmiləri arasında da yayılmır.
Eyni zamanda Pentaqon nümayəndəsi əmin edib ki, Ukrayna tərəfinin davranışında heç bir dəyişiklik yoxdur. O qeyd edib ki, informasiya mübadiləsi davam edir. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi vurğulayıb ki, Ukraynadan Qərbə əvvəlcədən hansısa hesabat verməsi tələb olunmur.

"ABŞ və Ukrayna rəsmiləri gündəlik təmasdadırlar, ona görə də Vaşinqton tez-tez çox şeyi özü təxmin edə bilir. ABŞ Ukraynaya real vaxt rejimində kəşfiyyat məlumatı verməyə davam edir. Əvvəlcədən xəbərdar olub-olmayacağımıza diqqət yetirmirik. Onlar hərəkətə hazır olan zaman ehtiyac duyduqları hər şeyə sahib olduqlarına əmin olmağa diqqət yetiririk", deyə Kirbi qeyd edib.

Nizami Bağırov