Dünya 10:51 30.11.2022

Ukrayna MDB-nin bu sazişindən də ayrıldı - Rusiya da çıxıb

Ukrayna hökuməti MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının SSRİ-də qazanılmış iş stajını nəzərə alan pensiya sahəsində hüquqlarının təminatı haqqında sazişdən çıxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

"Ukrayna 1992-ci il martın 13-də Moskvada bağlanmış MDB-yə üzv dövlətlərin vətəndaşlarının pensiya sahəsində hüquqlarının təminatları haqqında sazişdən çıxıb", - o, Teleqram kanalında yazıb.

Qeyd edək ki, Rusiya da bu müqavilədən çıxıb. İyunun 11-də Rusiya prezidenti Vladimir Putin bu sazişin denonsasiyası haqqında qanun imzalayıb, qanun iyunun 30-da qüvvəyə minib. Dövlət Dumasının izahat yazısında deyilir ki, sazişdən çıxmaqla Rusiya Pensiya Fondu 2023-2025-ci illər üçün 2,2 milyard rubla qədər vəsaitə qənaət edəcək.

Nizami Bağırov