Xəbər lenti

Ukrayna Oryol vilayətindəki neft bazanı dronlarla vurdu (VİDEO)
Dünya 12:25 02.12.2025

Ukrayna Oryol vilayətindəki neft bazanı dronlarla vurdu (VİDEO)

Zərbə dronları Rusiyanın Oryol vilayətinin Livnı şəhərində yerləşən "Orelnefteprodukt” neft bazasını vurub və ərazidə yanğın baş verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Astra” məlumat yayıb, hücumu həmçinin region rəhbərliyi də təsdiqləyib.

Obyektdəki zərbəni yerli sakinlər də təsdiqləyirlər – onlar yanğının görüntülərini çəkirlər.

"Gecə Oryol vilayəti növbəti dəfə PUA hücumuna məruz qaldı, nəticədə Livnı rayonunda yanacaq-energetika kompleksi obyektlərində yanğın baş verdi”, – deyə regionun qubernatoru Andrey Kliçkov bildirib. Onun sözlərinə görə, xəsarət alan yoxdur və hadisə yerində nəticələrin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

UNIAN-ın məlumatına görə, 29 noyabrda Ukrayna Təhlükəsizlik Xidmətinin dəniz dronları "Sea Baby” Qara dənizdə Rusiyanın "kölgə donanması”na məxsus, sanksiya altındakı iki neft tankerini – KAIRO və VIRAT gəmisini – vurub. Hücum zamanı tankerlər boş idi – onlar Novorossiysk limanına yüklənməyə gedirdilər.

Bu, SBU-nun Hərbi Əks-Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı olub. Zərbələrdən sonra hər iki tanker kritik zədələr alıb və faktiki olaraq istismardan çıxarılıb. Bu, Rusiyanın neft daşımalarına ciddi zərbə vuracaq.

25 noyabrda isə Rusiyanın Krasnodar diyarında yerləşən "Novorossiysk” dəniz limanının bir sıra hərbi və logistika obyektləri vurulmuşdu. Bu liman Rusiyada neft ixracının həcminə görə ikinci böyük mərkəzdir və Rusiya Qara Dəniz Donanmasının əsas bazası sayılır.

Nəticədə neft terminalının infrastrukturu (neftyanma körpüləri və manifoldu) və S-300/S-400 hava hücumundan müdafiə sistemlərinin mövqeləri vurulmuşdu.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->