Dünya 20:10 27.02.2023

Ukrayna payıza qədər işğaldakı əraziləri geri ala bilməsə... - "Bild"in iddiası

ABŞ və Almaniyada bildirilir ki, Ukraynanın işğal olunmuş əraziləri geri almaq üçün payıza qədər vaxtı var. Əgər bu uğursuz olsa və ya qismən baş tutsa, Rusiya ilə danışıqlara başlamaq üçün Kiyevə təzyiq artacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" yazır .

"Tabloid"ə görə, ölkələrin hökumət dairələrində bu cür söhbətlər "bağlı qapılar arxasında” gedir. Jurnalistlər yazır ki, Ukrayna ordusu artıq Kiyevə hücumu dəf edib, demək olar bütün Xarkov vilayətini və Xersonu geri qaytarıb.

Həmçinin, onların fikrincə, "istənilən şübhə Putinə ölkə daxilindəki vəziyyəti daha da sabitləşdirməyə və insanların həqiqətən Rusiyanın qələbəsinə inanmasına zəmanət verir”.

Bundan əvvəl WSJ məlumat yayıb ki, fevralın əvvəlində Parisdə keçirilən görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Volodimir Zelenskini Rusiya ilə danışıqlar aparmağa çağırıblar.

Qəzet həmçinin Almaniya, Fransa və Böyük Britaniya hökumətlərinin nümayəndələrinə istinadən yazıb ki, bu ölkələr NATO ilə Ukrayna arasında əlaqələrin gücləndirilməsini Kiyevi Rusiya ilə sülh danışıqlarına başlamağa təşviq etmək üçün bir yol kimi görürlər. 

"Welt"in məlumatına görə, Almaniya hökuməti bu xəbəri təkzib edib. 

Nizami Bağırov