Xəbər lenti

Ukrayna Rusiyanın Lipetsk aerodromunu vurdu - Nəticələr
Dünya 12:34 09.08.2024

Ukrayna Rusiyanın Lipetsk aerodromunu vurdu - Nəticələr

Avqustun 9-na keçən gecə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Silahlı Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələri ilə birgə Rusiyanın "Lipetsk-2” hərbi aerodromuna güclü zərbə endirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, aerodromda onlarla döyüş təyyarəsi, helikopter və 700-dən çox idarə olunan bomba olan anbar olub.

Ukrayna pilotsuz uçuş aparatların hücumu aerodromun böyük bir hissəsində zəncirvari partlayışa və genişmiqyaslı yanğına səbəb olub. Yerli hakimiyyət orqanları partlayış faktını təsdiqləyib və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinin təxliyyə edildiyini elan ediblər.

Qeyd olunur ki, Lipetsk-2 aerodromunda yerləşən təyyarələrin əksəriyyəti zərbədən əvvəl havaya qalxmağa çatdırmayıblar. 

"SBU, Müdafiə Qüvvələri ilə əməkdaşlıq edərək, düşmənin Ukrayna şəhərlərini idarə olunan aviasiya bombaları ilə bombalamaq imkanının olmaması üçün Rusiyanın aviasiya logistikasını məhv etmək məqsədilə metodiki işləri davam etdirir. Avqustun əvvəlində Morozovsk aerodromunda qırıcıları və aviabombaları məhv etdik və bu gün növbə "Lipetsk-2”yə gəldi”, - SBU-dakı mənbə bildirib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya aerodromuna hücum nəticəsində hava limanı ərazisində idarə olunan aviasiya bombaları olan anbarlar və bir sıra digər mühüm obyektlər vurulub. Zərbə yerində güclü yanğın baş verib, bir neçə alovlanma mənbəyi və çoxsaylı partlayışlar qeydə alınıb.

Məlumdur ki, Rusiya Federasiyasının aerokosmik qüvvələrinə aid olan Su-34, Su-35 və MiQ-31 təyyarələri Lipetsk aerodromunda yerləşir. Zərbənin nəticələri ilə bağlı təfərrüatlar hələ də dəqiqləşdirilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->