Dünya 08:42 16.08.2022

Ukraynada daha bir Rusiya generalı öldürüldü

Rusiya Silahlı Qüvvələrinin daha bir generalı Ukraynada öldürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

Rusiyalı generalın adı açıqlanmasa da, onun Xerson bölgəsində öldürüldüyü açıqlanıb.
 
"Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb", deyə o, bildirib.

Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda canlı qüvvəsinin artilleriya zərbəsi ilə zərərsizləşdirildiyini də əlavə edib.