Dünya 11:39 02.12.2022

Ukraynanın xaricdəki səfirliklərinə təhdid məktubları gəlməkdə davam edir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba milli telemarafonun efirində bildirib ki, üç Ukrayna səfirliyi təhdid məktubları alıb, bütün zərflər qırmızı maye ilə isladılıb.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Onun sözlərinə görə, ölkənin Xarici İşlər Nazirliyi "tezliklə bu mövzu ilə bağlı rəsmi mövqeyini ifadə edəcək”. Kuleba bildirib ki, zərflərin içərisində "Ukraynaya göndərilən simvolik təhlükə” sözləri yazılıb, lakin məktublarda heç bir partlayıcı maddə olmayıb. Kuleba mesajların göndərildiyi səfirliklərin adını açıqlamayıb.

Noyabrın 30-da günorta saatlarında Madriddəki Ukrayna səfirliyində partlayış baş verib. Partlayıcı səfirə ünvanlanmış göndərişdə olub. Səfirliyin komendantı yaralanıb.

Alpər