Ölkə 23:58 16.08.2022

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 991 vaksin vurulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 394, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 082, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 182 nəfərdir.