Ölkə 16:13 05.02.2023

Vəkillər Kollegiyasının üzvü özünü öldürdü - Üzərində məktub aşkarlandı

Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev intihar edib.

Qaynarinfo xəbər verir ki, hadisə Sumqayıtda baş verib. Vəkil özünü yaşadığı həyətdə qaz borusundan asıb.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair şəhər prokurorluğunda araşdırma aparılır.

Vəkilin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.