Ölkə 11:41 26.10.2023

Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Azər Ağazadə vəfat edib.

Medicina.az xəbər verir ki, o, müalicə aldığı Mərkəzi Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Xatrladaq ki, Azər Ağazadə ötən ay koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdi.

Lənkəranın Şıxakəran kəndindən olan qazimiz Qubadlı, Zəngilan, Füzuli və Xocəvəndin azad olunmasına görə medalları ilə təltif olunub.