Ölkə 20:21 24.02.2022

Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi

Daxili İşlər naziri polis general-polkovnik Vilayət Eyvazovun əmri ilə Göygöl rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə polis polkovnik-leytenantı Elzadə Cəfərov təyin olunub.

O, daha öncə Daşkəsən rayon Polis Şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.