Xəbər lenti

Vitali Borisov:
İdman 19:07 24.08.2023

Vitali Borisov: "Artıq son oyunu düşünməliyik"

UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti oyununu keçirən "Araz-Naxçıvan” Almaniya çempionu "Jahn Regensburq”la qarşılaşıb.
 
Qaynarinfo-nun məlumatına görə, 5:0 hesabı ilə qələbə qazanan təmsilçimizin baş məşqçisi Vitali Borisov görüşlə bağlı Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

"Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. "Jahn Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->