Ekonomiks 11:26 07.04.2023

Vüqar Əhmədov Balakəndə vətəndaşları qəbul etdi

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Balakən şəhərində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Qaynarinfo-ya qurumdan məlumat verilib.

Məlumata görə, qəbulda qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlər yerində həll edilib, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciətlər qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.