Ekonomiks 14:05 29.01.2023

Vüqar Əhmədov İsmayıllıda vətəndaşları qəbul edəcək

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov yanvarın 30-da saat 10:00-da İsmayıllı rayonunda İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qaynarinfo xəbər verir ki, qəbul İsmayıllı rayonu, Nizami Gəncəvi küçəsində yerləşən "Azərişıq” ASC-nin İsmayıllı Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.