Dünya 23:18 07.06.2022

Washington Post: Çin Kambocada gizli hərbi donanma bazası tikir

Çin gizli şəkildə Kambocada hərbi dəniz bazası tikir.

Qaynbarinfo xəbər verir ki, bu barədə "The Washington Post” bir sıra Qərb rəsmilərindən alınan məlumata istinadən yazıb.
 
Nəşrin məlumatına görə, söhbət Kambocanın cənub-qərbində yerləşən Ream hərbi-dəniz bazasının şimal hissəsində, Tailand körfəzi sahilində bu həftə obyektin təməlinin qoyulacağı obyektdən gedir.

Qəzetin həmsöhbətləri izah edirlər ki, Hind-Sakit okean regionunda hərbi dəniz bazasının gizli tikintisi bu ərazini ÇXR-in "qanuni və tarixi təsir dairəsi” hesab edən Çin üçün strateji əhəmiyyət kəsb edir.

Bu, Pekin üçün ikinci belə obyektdir. Pekinin ilk və indiyə qədər yeganə xarici hərbi bazası Şərqi Afrikadakı Cibutidə yerləşir.

Alpər