Sənət 11:16 17.06.2022

Xalq artisti beynəlxalq mükafata layiq görüldü

Xalq artisti Sabir Məmmədov "Qızıl Femi” mükafata layiq görülüb.

Qaynarinfo xəbər verir ki, aktyor Bolqarıstanın paytaxtı Sofiyada keçirilən festivalda "Ən yaxşı bədii aktyor" nominasiyası üzrə təltif olunub. 

"Qızıl Femi" mükafatının təqdimat mərasimi 63 ölkədə yayımlanıb. Tədbirə fəxri himayədarlığı Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotova edib.  

Qeyd edək ki, Sabir Məmmədov "Qızıl Femi" mükafatına Cəlaləddin Qasımovun "Edam günü" tammetrajlı bədii filmindəki baş rola görə layiq görülüb.

Bahar Rüstəmli