Xəbər lenti

Xalq artisti harada dəfn ediləcək? (YENİLƏNİB)
Sənət 15:08 29.04.2023

Xalq artisti harada dəfn ediləcək? (YENİLƏNİB)

Aftandil İsrafilovun dəfn vaxtı dəyişib.

Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, sabah saat 11:00-da Heydər Məscidində tanınmış qarmon ifaçısı ilə vida mərasimi olacaq.

Daha sonra mərhum saat 12:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

14.00
 
Qarmon ifaçısı, Xalq artisti, "Şöhrət” ordenli Aftandil İsrafilovun harada dəfn olunması hələ məlum deyil. 

Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, hazırda bu məsələ ilə bağlı mərhumun ailəsi ilə danışıqlar aparılır. 

Qeyd edək ki, Aftandil İsrafilov üzun sürən xəstəlikdən sonra bu gün 82 yaşında dünyasını dəyişib. 

Bahar Rüstəmli
--> -->