Dünya 20:56 01.06.2022

Xorvatiya prezidenti: Rusiyaya qarşı sanksiyalar işləmir

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları nəticə vermir və bunun əvəzini Avropa vətəndaşları ödəyəcək.

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu sözləri Xorvatiya prezidenti Zoran Milanoviç çərşənbə axşamı deyib.

Zaqrebdə AB-nin Ukrayna ilə bağlı iki günlük sammitinin nəticələrini şərh edən Milanoviç deyib:

"AB-nin qaz embarqosu tətbiq etməməsi üçün gətirdiyi səbəblər sağlam düşüncəyə təhqirdir. Yaxşı olar ki, tam embarqo tətbiq olunsun”.

31 may Brüsseldə görüşən AB liderləri xəbərdarlıq ediblər ki, Rusiyaya qarşı qaz embarqosu tətbiq etmək daha çətin olacaq və bu, yəqin ki, Moskvaya qarşı növbəti sanksiyalar paketinin bir hissəsi olmayacaq.

"Ancaq sanksiyalar işləmir. Rubl ucuzlaşmayıb, Rusiya maliyyə təsirini hiss etmir və onu hiss edəndə müharibə bitmiş olacaq. Amma bunun hesabını Avropa vətəndaşları ödəyəcək, Putin lovğa təbəssümünü saxlayacaq, çünki tələbat yüksək olduğu üçün neft və qaz başqa yerlərə satılacaq”, - Milanoviç deyib.

Nurlan Hüseynov