Dünya 21:12 06.05.2022

Yaponiya baş naziri: "Ukraynada baş verənlər şərqi Asiyada da təkrarlana bilər"

Yaponiya baş naziri Fumio Kişida Ukraynada baş verənlərin Şərqi Asiyada da təkrarlana biləcəyini bildirib. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Londonda Boris Consonla görüşündəki çıxışında deyib.

O, Tayvan boğazında sülh və sabitliyin qorunmalı olduğunu vurğulayıb və buna görə Böyük 7-lik ölkələrinin güclərini birləşdirməsinin vaxtı çatdığını deyib.

"Bəşəri dəyərləri bölüşən ölkələr arasında əməkdaşlıq getdikcə daha vacib əhəmiyyət kəsb edir. Biz tərəfdaşlarımız və bizim kimi düşünən ölkələrlə əməkdaşlıq etməli və Hind-Sakit okeanlarında, xüsusilə Şərqi Asiyada birtərəfli qaydada güc yolu ilə status kvonun dəyişidirilməsi cəhdlərinə yol verməməliyik. Şərqi Asiya da Ukrayna sabah ola bilər”,- deyə baş nazir bildirib.

Çinin öz ərazisi hesab etdiyi Tayvan Rusiyanın Ukrayndakı müharibəsinin başlanğıcından döyüş hazırlığı səviyyəsini artırıb. Tayvan Çinin Rusiyanın Ukraynada etdiklərini təkrar edəcəyindən ehtiyatlanır. 

"Tayvan boğazında sülh və sabitlik təkcə Yaponiyanın təhlükəsizliyi üçün deyil, beynəlxalq aləmin sabitliyi üçün vacibdir”,- Kişida deyib. 
Yapon baş nazirin sözlərini şərh edən Çin xarici işlər naziri Yaponiyanın öz hərbi gücünü artırmaq üçün ehtimal olunan Çin təhlükəsini şişirtdiyini bildirib. 

Nurlan