Sənət 16:42 02.12.2022

Yazıçı Əlisa Nicat üçün bir gündə bu qədər pul yığıldı

İki gündür yaranan borc üzündən evində qaz yandıra bilməyən yazıçı Əlisa Nicata yardım məqsədi ilə 6987 manat toplanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu deyib. Onun sözlərinə görə, yazıçıya yardım məqsədi ilə hətta 1 manat verənlər də olub:

"1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bu gün artıq istilik sistemi quraşdırılır. Mən bir anlıq qanadlandım. Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də, yazmağı özümə mənəvi borc bilirəm. Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi. Bir nəfər yazmışdı ki, mən "santexnikəm", bütün işləri pulsuz görərəm. Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər. Elçin Əlibəyli isə yazdı ki, bir Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür. 

Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edən də oldu”.

Şahbaz Xuduoğlu deyir ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi:

"Bir daha əmin oldum, bu xalq möhtəşəmdir. Biz birlikdə güclüyük”.

Bahar Rüstəmli