Dünya 16:48 20.03.2024

Yenə dünyanın ən xoşbəxt ölkəsi seçildi - Sonuncu yerdə isə...

"World Happiness Report”un nəşrinə görə, Finlandiya artıq yeddinci ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Qaynarinfo bu barədə Russian.rt.com-a istinadla xəbər verir.

"Reytinqdəki ilk on ölkə COVID-19 pandemiyasından əvvəlki dövrlərdən bəri əsasən eyni qalır. Finlandiya yenə də birinci yerdədir”, - nəşr yazır. 

Xoşbəxtlik reytinqində Danimarka ikinci, İslandiya üçüncü yerdədir.

İlk onluğa İsveç, İsrail, Niderland, Norveç, Lüksemburq, İsveçrə və Avstraliya daxil olub.

Rusiya 72-ci yeri tutub.

Ən uğursuz ölkə kimi Əfqanıstan 143-cü yerdə qərarlaşıb. Ən xoşbəxt olmayan ölkələr siyahısına Livan, Lesoto, Syerra-Leone və Konqo Demokratik Respublikası da daxil edilib.

Alpər