Ölkə 11:12 18.10.2022

Yeni icra başçısı kollektivə təqdim olundu

Göyçay Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev kollektivə təqdim olunub.

Qaynarinfo xəbər verir ki, onu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.