Ölkə 10:22 22.07.2023

Yeni şöbə müdiri təyin edildi

Şərur rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Əli Mehdiyev Şərur rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Yeni müdiri kollektivə R.Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İmran Əliyev təqdim edib.

Qeyd edək ki, Ə.Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini və direktoru işləyib.

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsi olub.

Şərur rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.