Xəbər lenti

Yeni Yasamalda yaşıllıqlar məhv edib, yerində obyekt tikirlər (FOTO/VİDEO)
Ekonomiks 19:25 04.09.2023

Yeni Yasamalda yaşıllıqlar məhv edib, yerində obyekt tikirlər (FOTO/VİDEO)

Yasamal rayonu Yeni Yasamal Əsəd Əhmədov küçəsi 45a ünvanında yaşıllıqlar məhv edilərək yerində obyekt tikilir.

Qaynarinfo-nun məlumatına görə, 77 nömrəli avtobus dayanacağının qarşısında tikilən obyekt ərazidə yaşayan sakinlərin də narazılığına səbəb olub. 

Yaşayış binasının girişində tikilən obyektin ərazində əvvəllər sakinlərin tullatıları atmaq üçün zibil yeşikləri olub. Sözügedən zibil qabları ərazidə çıxarılıb. 

Bununla belə, insanların yolu keçmələri üçün keçid kimi istifadə etdiyi ərazidə artıq obyektin birinci mərtəbəsi tikilib. Ərazidə həmçinin yaşıllıqlar da məhv edilir. 

Qeyd edək ki, son aylıq Yeni Yasamal, Əsəd Əhmədov küçəsində piyada səkiləri belə zəbt edilərək, yerində eybəcər obyektlər salınır. İnsanların və KİV-də yazılanlara müvafiq qurumlar əhəmiyyət vermir. 

Məsələ ilə bağlı Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə və Yasamal Rayon İcra Hakimiyyətinə məlumat versək də, rəsmi cavab verilməyib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->