Dünya 19:09 31.01.2024

Yeni Zelandiya kosmetikada "əbədi kimyəvi maddələr"i qadağan edən ilk ölkə oldu

Yeni Zelandiya kosmetik məhsullarda ciddi sağlamlıq problemləri yarada bilən "əbədi kimyəvi maddələr"in istifadəsinə qadağa qoyan ilk ölkə olub.

Qaynarinfo bu barədə yerli "1News" telekanalına istinadən xəbər verir.

"Fiziki Kimyəvilər" (PFAS) gündəlik həyatda geniş istifadə olunan sintetik kimyəvi maddələrdir. Uzun parçalanma müddətinə görə onlara "əbədi" deyilir. Kimyəvi maddələr ən çox dırnaq lakı, təraş kremi, tonal krem, pomada və tuş kimi kosmetikalarda olur. Bu maddələrin istifadəsi kosmetikanı suya davamlı edir və onların istifadəsini genişləndirir. Bununla belə, bəzi PFAS-ların yüksək konsentrasiyası müxtəlif xəstəliklərin riskinin artmasına səbəb ola bilər.

Nəşrin məlumatına görə, Yeni Zelandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) 2026-cı il dekabrın 31-dən qüvvəyə minəcək kosmetikada sintetik kimyəvi maddələrin istifadəsinə qadağa qoyub. Tərkibində PFAS olan bütün kosmetik məhsulların 30 iyun 2028-ci il tarixinədək utilizasiyası da planlaşdırılır.

"Biz bilirik ki, bu kimyəvi maddələr asanlıqla parçalanmır, bədənimizdə toplana bilər və bəziləri yüksək konsentrasiyalarda zəhərli ola bilər", deyə EPA sözçüsü Dr. Sean Presov bildirib.

Yeni Zelandiya PFAS-ın kosmetikada istifadəsini qadağan edən ilk ölkə olub. 2023-cü ilin aprelində ABŞ-ın ayrı-ayrı ştatlarının, o cümlədən Kaliforniya, Kolorado və Merilend ştatlarının səlahiyyətliləri 2025-ci ildə qüvvəyə minəcək oxşar məhdudiyyətlər tətbiq etdilər. Bununla belə, qadağa bütövlükdə ölkəyə deyil, yalnız müəyyən ərazilərə şamil edilir.

Aydın