Dünya 19:02 09.06.2022

Yerli sakinlər deyir ki, Rusiya müharibə təchizatı üçün mübarizə aparır - Reuters (FOTO)

Ərzaq və yanacaq kimi təchizatın, eləcə də qoşunlara vacib xidmətlərin göstərilməsi ilə bağlı problemlər Rusiyanın əməliyyatarını ləngidir.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyatı və Pentaqonun yeni dərc edilmiş qiymətləndirmələrində deyilir. 

Rusiyanın qərbində, Ukrayna ilə sərhədi yaxınlığındakı Valuyki şəhəri döyüşlərin ən son mərhələsində mühüm səhnəyə çevrilib. Keçən ay ərzində vertolyotlar havaya qalxır, hərbi maşınlar yolları bağlayır və əsgərlər oradakı nəhəng hərbi bazada döyüşə hazırlaşırdılar.

Rusiya son bir neçə həftə ərzində Azov dənizi sahilindəki Mariupol limanını nəzarətə götürüb və Ukraynanın Donbas bölgəsində davamlı yeni ərazi əldə edib, lakin Qərb hökumətləri bunun insan və texnika baxımından Rusiya üçün çox baha başa gəldiyini və Rusiyanın ilkin məqsədlərinə nail ola bilməyəcəyini deyir. 

Reuters mövzu ilə bağlı Kremlin sözçüsü Dmitri Peskova müraciət edib. Peskov isə müraciəti Müdafiə Nazirliyinə yönləndirib. Müdafiə Nazirliyi isə Reuters-in göndərdiyi suallara cavab verməyib.

Rusiya ordusu Ukraynanın şərqində yeni hücumu davam etdirmək üçün çalışdığı bir vaxtda, Valuyki ilə bağlı əvvəllər bilinməyən problemlər, böyük və strateji əhəmiyyətli baza və ətrafında əməliyyatları görmək üçün nadir pəncərə açır.

Pentaqon aprel brifinqlərində bildirib ki, Valuyki ətrafında yenidən qruplaşan rus qoşunları qısqac hərəkətinin şimal hissəsini təşkil etməklə cənubdan gələn digər Rusiya qüvvələri ilə birləşib şərqi Donbas bölgəsini Ukraynanın qalan hissəsindən ayırmağa çalışır.

Qərb deyir ki, Rusiya prezidenti Vladimir Putinin sürətli qələbə arzularının əksinə rus qoşunları ordu üçün ağır fəlakət gətirən şiddətli münaqişənin içinə girib. Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynadakı müharibənin ilk üç ayında Sovet İttifaqının Əfqanıstandakı 9 illik kampaniyasında olduğu sayda rus əsgəri həlak olub.

Üç yerli sakinin sözlərinə görə, aprelin ortalarında Rusiyanın Ukraynanın şimalından çıxarılmasından sonra Valuykiyə qoşun və texnika axışıb. May ayında Valuyki yaxınlığındakı kiçik bazanın yerində çəkilmiş peyk görüntülərində bir dəstə zirehli yük maşını və səhra xəstəxanası olduğu deyilən struktur görsənir. Fevralda bunların heç biri yox idi.

Rusiya isə müharibənin plana uyğun getdiyini və ordunun bunun üçün lazım olan hər şeylə təmin olunduğunu deyib. 

Nurlan Hüseynov