İdman 11:34 29.11.2022

"Yuventus"u "silkələdilər" - rəhbərlik istefa verdi

İtaliya A Seriyasının komandalarından olan "Yuventus"un prezidenti Andrea Anelli və idarə heyətinin bütün üzvləri istefa verib.

Qaynarinfo-nun məlumatına görə buna səbəb Turin şəhərinin Baş Prokurorluğu tərəfindən 2021-ci ilin may ayından etibarən "Yuventus"un maliyyə hesablarında baş verən pozuntulara görə aparılan "Prisma" adlı araşdırmadır. Turin Baş Prokurorluğu 2019-2020-ci illərdə futbolçu transferləri və maaşlar vasitəsilə ədalətsiz kapital qazanması ittihamı əsasında 2021-ci ilin may ayından etibarən "Prisma" adı altında "Yuventus"a qarşı istintaq aparır. Turin klubunun saytında yer alan açıqlamada prezidentin sədrliyi ilə bu gün keçirilən idarə heyətinin iclasında şəhərin Baş Prokurorluğunun 2019-2020-ci illər üçün maliyyə hesabları ilə əlaqədar qanun pozuntusu ittihamları müzakirə edilib. Müzakirə mövzusu 2020-2021 mövsümü və İtaliya Bazarına Nəzarət Şurasının (CONSOB) bu proseslə bağlı müəyyən etdiyi çatışmazlıqlar olub. Klubdan verilən açıqlamada, başda prezident, vitse-prezident Pavel Nedved və baş icraçı direktor Maurizio Arrivabene olmaqla bütün idarə heyətinin istefa ərizəsini yazdıqları bildirilib. 2023-cü il yanvarın 18-də keçirəcəyi və Mauritsio Skanavinonun klubun baş məşqçisi təyin olunacağı da qeyd edilib.

İtaliya mətbuatı "Yuventus"da zəlzələ" başlığı ilə prezident Anelli və idarə heyətinin istefa verdiyini yazıb. Ölkə mediasında klubdakı istefaların prokurorluğun təhqiqatındakı yeni inkişaflarla və CONSOB-un maliyyə əməliyyatlarında əhəmiyyətli çatışmazlıqlar tapması ilə əlaqəli olduğu haqda məqalələr dərc edilib. 

Anelli'nin rəhbərlik etdiyi 12 il ərzində "Yuventus"un stadionu yenidən inşa edilib, 2012-2021-ci illərdə ardıcıl 9 il A Seriyasında çempion olub. Andrea Anellinin prezidentliyi dövründə "Yuventus" "Arsenal", "Mançester Yunayted", "Çelsi", "Liverpul", "Mançester Siti", "Tottenhem", "Milan", "İnter", "Atletiko", "Barselona" və "Real"la birlikdə Avropa Super Liqası yaratmaq qərarı verib. Ancaq FİFA, UEFA, ölkə federasiyaları və azarkeşlərin gərgin reaksiyasından sonra 9 klub bu layihədən geri çəkilib. Annellinin idarə etdiyi "Yuventus", o cümlədən "Real" və "Barselona" isə Avropa Super Liqası layihəsinin arxasında durmağa davam edib.

Araşdırma çərçivəsində 2021-ci ilin noyabrında və 2022-ci ilin martında klubun Turin, Milan və Romadakı ofislərində də axtarışlar aparılıb. Sözügedən dönəmdə komandada olan bəzi məşqçilər, həmçinin futbolçulardan Paulo Dibala, Aleks Sandro və Federiko Bernardeski istintaq çərçivəsində ifadə vermək üçün prokurorluğa çağırılıb.

Baş Prokurorluğun məhkəmə araşdırmasına əlavə olaraq, İtaliya Futbol Federasiyasının (FIGC) İdman Prokurorluğu da aprel ayında ədalətsiz kapital qazanması səbəbiylə "Yuventus"la birlikdə 11 klubu intizam tənbehi etsə də İtaliya Futbol Federasiyasının araşdırmalarından sonra onlar və 61 məşqçi bəraət aldı.

Səbuhi Həsənov