Dünya 18:33 03.05.2023

Zelenski Almaniyaya niyə gedir?

Ukrayna prezidenti Volodimir Zelenski Almaniyaya iki günlük səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalı Berlin polisinin məlumatlarına və öz mənbələrinə istinadən məlumat yayıb.

Mayın 13-də Ukrayna rəhbəri Berlinə gələcək, ertəsi gün isə Böyük Karl mükafatının təqdimetmə məsamində iştirak etmək üçün Aaxenə gedəcək.

Polis iddia edir ki, Ukrayna prezidentinin təyyarəsi Berlin hava limanının hərbi təyyarələr üçün nəzərdə tutulan ərazisinə enəcək. Zelenski "The Ritz-Carlton” hotelində qalacaq. Mayın 14-də Ukrayna prezidentini federal kansler Olaf Şolts hərbi təltiflərlə qarşılayacaq.

Həmin gün Volodimir Zelenski helikopterlə Aaxenə gedəcək. Orada o, Böyük Karl mükafatının təqdimetmə məsamində iştirak edəcək.
 
Mükafatın bu ilki laureatları Volodimir Zelenskinin özü və Ukrayna xalqıdır. 

Böyük Karl mükafatı 1950-ci ildən Avropanın birliyinə töhfə vermiş siyasətçilərə verilir. Laureatlar xüsusi diplom, medal və simvolik pul məbləği ilə təltif olunurlar. Bu illər ərzində Uinston Çörçill, Konrad Adenauer, Henri Kissincer, Angela Merkel və başqaları bu mükafata layiq görülüblər.2021-ci ildə Belarus müxalifətçiləri Mariya Kolesnikova, Svetlana Tixanovskaya və Veronika Tsepkalo laureat olublar.

Qeyd edək ki, bu gün, mayın 3-də Vladimir Zelenski Şimali Avropa ölkələri və Ukrayna sammitində iştirak etmək üçün Finlandiyaya gözlənilməz səfərə gəlib.

Nizami Bağırov