Dünya 22:03 26.03.2024

Zelenski Putinin terror aktı ilə bağlı ittihamlarına sərt cavab verdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskva vilayətində baş verən terror aktında Kiyevin əli olması ilə bağlı ittihamlarını rədd edib. Zelenskinin sözlərinə görə, Putinin özündən başqa hamı terrorçudur. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının məlumatında deyilir.

"Bu gün Putin yenə özü ilə danışdı və bu, yenə televiziyada yayımlandı. O, yenə Ukraynanı günahlandırır. Xəstə və rüsvayçı məxluq. Özündən başqa hamı terrorçudur, baxmayaraq ki, terrorla qidalanan odur. İki onillik. Məhz o, "Terror üçün ən böyük pəncərədir. O və onun kəşfiyyat xidmətləri. Və o gedəndə terror və zorakılıq istəyi onunla birlikdə yox olacaq, çünki bu, onun istəyidir. Başqa heç kimin", - Zelenski deyib.

Prezident həmçinin Rusiya zərbələrinin nəticələrini aradan qaldırmaq üçün çalışan hər kəsə təşəkkür edib. 

Zelenski qeyd edib ki, hazırda dəstəyə ehtiyacı olanlara diqqət yetirmək çox vacibdir. 

Onun sözlərinə görə, insanlar başqalarından kömək istəməkdən narahat olsalar belə, özləri diqqət etməli, onlara dəstək olmalı, insanları çətinlikdə tək qoymamalıdırlar.

Qeyd edək ki, Zelenski bazar ertəsi Ramazan ayı ərzində təşkil edilən iftarda iştirak edib.

Alpər