Dünya 14:12 11.05.2023

Zelenski Ukraynanın hücuma tələsməməsinin səbəbini açıqladı: "Bizə bir az vaxt lazımdır"

"Ukraynaya rus işğalçılarına qarşı əks hücuma keçmək üçün daha çox vaxt lazımdır, çünki hərbçilərin hələ də müttəfiqlərin vəd etdiyi yardıma ehtiyacı var".

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna hərbçiləri əlində olanlarla da irəli gedə və uğur qazana bilər.

"Ancaq çox insan itirərdik. Məncə, bu, qəbuledilməzdir... Ona görə də gözləmək lazımdır. Hələ bir az vaxta ehtiyacımız var", deyə prezident qeyd edib.

Zelenski NATO ölkələri tərəfindən təlim keçmiş bəzi döyüş briqadalarını "hazır” kimi xarakterizə edib, lakin ordunun hələ də "bəzi şeylərə”, o cümlədən partiyalarla gələn zirehli maşınlara ehtiyacı olduğunu bildirib.

Eyni zamanda, prezident Ukrayna ordusunun irəliləyə biləcəyinə əminliyini ifadə edərək, Rusiyanın ümid etdiyi "dondurulmuş münaqişə” riskləri barədə xəbərdarlıq edib.

Nizami Bağırov