Dünya 17:45 22.03.2023

Zelenski yenidən Baxmutda (FOTO)

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Baxmuta gedib.

Zelenski ukraynalı döyüşçülərlə görüşüb.

O, Baxmutun müdafiəçilərini mükafatlandırıb.

Həmçinin, Zelenski Baxmut istiqamətində qabaqcıl mövqelərə baş çəkib.

Ukrayna Prezidenti cəbhənin bu istiqamətində döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib, hərbçilərlə söhbət edib və Ukraynanı qoruduqlarına görə onlara təşəkkür edib. /Qafqazinfo