Dünya 16:49 24.01.2023

Zelenskidən sərt qərar: Məmurların xaricə səfərlərinə qadağa qoyuldu

Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının məmurların xaricə getməsi ilə bağlı fundamental qərar qəbul etdiyini bildirib. Bu, mərkəzi hökumətin bütün məmurlarına, yerli idarəetmənin müxtəlif səviyyələrinə aiddir.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

"Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara, dövlət üçün və dövlətə işləməli olan bütün şəxslərə aiddir. İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Məmurların artıq məzuniyyətə və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə getməsi mümkün olmayacaq”, - prezident axşam müraciətində bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, səfərbərlik və hərbi vəziyyət dövründə dövlət qulluqçuları Ukraynadan kənara eksklüziv olaraq yalnız rəsmi ezamiyyətlə gedə bilərlər. Qeyd olunur ki, Nazirlər Kabineti beş gün müddətində dövlət sərhədindən keçmə qaydalarına müvafiq dəyişikliklər etməlidir.

Alpər